XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

19 Avqust 2019 - 09:14

Türkiyədə meşə yanğınlarına əlavə qüvvələr cəlb olunub –23 helikopter, 250 yanğınsöndürən maşın

Türkiyənin İzmir və Muğla şəhərlərindəmeşə yanğınları tüğyan edir.

Hazırda İzmirin 4 bölgəsində meşə yanğınları ilə mübarizə aparılır.

“Anadolu” agentliyi xəbər verir ki, hökumətölkədə davam edən meşə yanğınlarını söndürmək üçün səfərbər etdiyi qüvvələri artırıb.

Yağışlı hava yanğınsöndürənlərə kömək etsə də, bəzi yerlərdə güclü külək alovun yayılmasına səbəb olur. Məlumata görə, hazırda Muğla və İzmirdə meşə yanğınları davam edir. Bir neçə nöqtədə davam edən yanğınların söndürülməsinə 23 helikopter, 250 yanğınsöndürən maşın və min nəfərlik heyət cəlb olunub. Təhlükəsizlik məqsədilə İzmirin Yuxarı Orxanlı kəndinin əhalisi təxliyyə edilib.