XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 August 2019 - 09:56

Danimarkanın baş naziri:“Qrenlandiya satılmır”

Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyanın ABŞ-a satılma ehtimalını istisna edib.

Bu barədə o, yerli mətbuata verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qrenlandiya satılmır.

Frederiksen, Danimarkanın digər ticarət mövzularında əməkdaşlıq üçün açıq olduğunu ifadə edib.

Baş nazir ümid edib ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyi ilə bağlı verdiyi açıqlamalar ciddi deyil. (Report)