XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 August 2019 - 11:14

700 illik buzlaq əriyib –​İslandiyada

Dünən – avqustun 18-də İslandiyada Okjokull buzlağı ilə rəsmi vida mərasimi təşkil olunub.

Buzlağın 700 yaşı vardı. Bundan sonra onun yerində, vulkanın başında kiçik bir ağ ləkə qalacaq.

2014-cü ildə alimlər ilk dəfə olaraq buz kütləsinin hərəkətliliyinin dayandığını qeydə alıblar və buzlağın mövcudluğunun bitdiyi təsdiqlənib.

Mərasimdə İslandiyanın baş naziri və ətraf mühit naziri iştirak ediblər. Hökumətin başçısı Katrin Нakobsdottir -in çıxışından sonra tədbirə yığışanlar vulkanın yamacında xatirə lövhəsini quraşdırıblar. Lövhədə gələcək nəsillərə məktub yazılıb:

“Yaxın 200 ildə buzlaqlarımızı oxşar tale gözləyir. Bu abidə ona görə burdadır ki, biz nə baş verdiyini və nə etmək gərəkdiyini bilirik. Bunu edə biləcəyik, yoxsa yox, yalnız siz bilirsiniz”. (azadliq.org)