XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

19 Avqust 2019 - 15:16

İran tankerə görə ABŞ-a xəbərdarlıq edib –"Belə bir səhvə yol verməsinlər, çünki fəsadları ağır olar"

Maliyyə bazarlarına dair data təminatçısı olan “Refinitiv” şirkətinin bildirməsinə görə, gəmi Yunanıstanın Kalamata şəhərinə yol alıb.

“Tankerimizin 45 gün sonra Cəbbərültariqdən çıxaraq beynəlxalq sulara yollandığını təsdiqləyirik”, – İranın Britaniyadakı səfiri Hamid Baeidinejad Instagram-da yazıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi isə avqustun 19-da deyib ki, Tehran Birləşmiş Ştatlara tankerin açıq dənizdə saxlanmasıyla əlaqədar xəbərdarlıq edib.

“İran özünün rəsmi kanalları ilə Amerika rəsmilərinə gərəkən xəbərdarlığı edib ki… belə bir səhvə yol verməsinlər, çünki fəsadları ağır olar”, – Musavi mətbuat konfransında jurnalistlərə deyib. (azadliq.org)