XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

19 Avqust 2019 - 16:08

Xameneyinin istefası tələb edilir –İran

İnsan haqları müdafiəçiləri bildirirlər ki, İranın Ali dini lideri ayətullah Əli Xameneyinin istefası ilə bağlı çağırış məktubuna imza atmış daha bir nəfər – Abbas Vahidian Şahrudi həbs edilib. 

Onun insan haqları müdafiəçisi və yazıçı olduğu deyilir. Cənab Vahidian bazar günü Məşhəd şəhərindəki evində həbs olunub. Bu barədə Hrana saytı yazır.

BBC News Fars Xidmğəti bildirir ki, o bundan əvvəl də keçən ilin oktyabr ayında İranın “milli təhlükəsizliyinin əleyhinə fəaliyyətdə” ittiham olunaraq həbs edilib və dekabr ayında zaminə buraxılıb.

Ayətullah Əli Xameneyinin həbsi tələbi ilə məktubu bir həftə bundan əvvəl bir qrup insan haqları fəalı və yazıçı imzalayıb. Onların bəziləri Məşhəddə həbs edilib. Məktuba imza atmış şəxslər İran İslam Respublikası rəhbərliyini istefasını və ölkə konstitusiyasına dəyişikliyi tələb edirlər. Onlar “sistemli və məsuliyyətsiz tiranlığın” İranda qeyri-sabit vəziyyətə yol açdığını bildirirlər. (BBC azeri)