XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

19 Avqust 2019 - 16:39

Avropa Komissiyasının prezidenti “G7”-nin sammitində iştirak etməyəcək –Səbəb

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker “G7”-nin bu həftənin sonunda Fransada keçiriləcək sammitində iştirak etməyəcək.

Financial Times”ın verdiyi xəbərə görə, buna səbəb Avropa Komissiyasının prezidentinin səhhətində yaranmış problemdir. Məlumata görə, Jan-Klod Yunker bir müddət xəstəxanada qalacaq.

Xatırladaq ki, Avropa Komissiyasının prezidenti səhhətindəki problemlə əlaqədar Avstriyadakı tətilini dayandırmaq məcburiyyətində qalıb. O, avqustun 17-də öd kisəsində yaranan kəskin ağrı səbəbindən Lüksemburqdakı xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat olunub. (APA)