Rusiya prezidenti oktyabrda Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün ər-Riyada səfər etməyi planlaşdırır.
Strateq.az “Interfax”-a istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Səudiyyə səfiri ilə görüşdən sonra məlumat verib.
Açıqlamaya görə, ər-Riyadda tərəflər əsasən neft bazarında və Fars körfəzindəki vəziyyəti müzakirə edəcəklər.