XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

19 Avqust 2019 - 18:49

Türkiyə Rusiyanı günahlandırır- Suriyadakı konvoyuna hücumda

Türkiyə Suriyadakı konvoyunun hava zərbələri zamanı vurulduğunu və azı üç mülki vətəndaşın öldüyünü və 12 nəfərin yaralandığını bildirib.

Rəsmilərin bildirdiyinə görə, hücum Türkiyəyə məxsus karvan Suriyanın üsyançıların nəzarətindəki İdlib əyalətinə doğru irəliləyərkən törədilib.

Hava zərbələrinin Suriya, yoxsa Rusiya təyyarələri tərəfindən endrildiyi hələlik aydın deyil.

Türkiyənin Müdafiə Nazirliyi konvoya edilən hava hücumlarını kəskin şəkildə pisləyib.

“Rusiya Federasiyasının hakimiyyət orqanlarına dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, rejim qüvvələri Rusiya Federasiyası ilə mövcud memorandum və razılaşmaları pozaraq, İdlib bölgəsində hərbi əməliyyatları davam edir,” nazirlik bildirib.

Bir neçə gün əvvəl də Suriyanın üsyançıların nəzarət etdiyi şimal-qərbində Rusiyanın dəstəklədiyi hava hücumları nəticəsində 24-dən çox mülki vətəndaş ölüb.

Suriya İnsan Haqları Müşahidə Qrupu şənbə bildirib ki, Deir kəndinə aparılan hava hücumu nəticəsində, çoxu uşaq olmaqla yeddi nəfər ölüb.

Yerli fəallar və müşahidə qrupunu verdiyi məlumata görə, cümə günü Əl-Haas kəndinə edilən hava hücumları 13 nəfərin ölümünə səbəb olub. Ölənlər arasında hamilə qadın da olub. (amerikaninsesi.org)