XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

19 Avqust 2019 - 20:37

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb –Telekanalın borcu 70 milyon larini ötüb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”.

Bunu televiziyanın sahibi, iş adamı Kibar Xalvaşinin yaydığı bəyanatda bildirilib.

Onun sözlərinə görə, “Rustavi 2”nin satışı üçün elan olunan müddət başa çatsa da, onu almaq istəyən real namizəd olmayıb: “Kanalın real vəziyyəti ictimaiyyətə bəllidir. Teleşirkət faktiki olaraq maliyyə böhranı ilə üz-üzədir. Kanalın kreditorlar qarşısında borcu 70 milyon laridən çoxdur. Hazırda qarşımda iki seçim var: ya müflislik prosesini başlamaq ya da teleşirkəti saxlamağa çalışmaq”.

K.Xalvaşi qeyd edib ki, “Rustavi 2”ni müflisləşməkdən qorumaq üçün bütün resurs və bacarıqlarından istifadə edəcək: “Rustavi 2” kommersiya baxımdan yaşamağa qabil və gəlirli televiziya olmalıdır. Yaxın zamanlarda şirkətin vəziyyətinin yaxşılaşdırılması üçün konkret plan hazırlayıb mütləq yerinə yetirərək məqsədimizə çatacağıq”. (Report)