XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

19 Avqust 2019 - 20:49

PKK ilə əlaqəsi olan üç bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb –Türkiyədə

Türkiyə Daxili İşlər Nazirliyi üç şəhərdə müxalif HDP partiyasından seçilmiş bələdiyyə başçılarını işindən uzaqlaşdırıb yerlərinə həmin rayonların icra başçılarını təyin edilib.

Qərara HDP və CHP partiyalarından kəskin etirazlar gəlib.

Daxili İşlər Nazirliyindən bu gün edilən açıqlamayla Diyarbakır Bələdiyyə başçısı Adnan Selçuk Mızraklı, Van Bələdiyyə başçısı Bedia Özgökçe Ertan və Mardin Bələdiyyə başçısı Ahmet Türk vəzifəsindən uzaqlaşdırıldığı bəyan edilib. Əsasən etnik kürdlərin partiyası olan HDP partiyasının üzvü olan üç siyasətçinin yerinə Diyarbakır, Van və Mardin rayonlarının valiləri təyin edilib.

Daxili İşlər Nazirliyi bu qərarını kürd bələdiyyə sədrlərinin qanunsuz olaraq bələdiyyələrin imkanlarından PKK terror təşkilatı və onun uzantılarına yardımçı olduqları ilə izah edib. “Bizim əlimizdə bu bələdiyyə sədrlərinin terror təşkilatları ilə yaxın əlaqələri olduğu, terror təşkilatlarına dəstək verdikləri ilə bağlı dəlillər var. Buna görə də Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı “Bələdiyyələr Haqda Qanunun 47-ci maddəsinə istinadən onları vəzifələrindən uzaqlaşdırmağa və vəzifələrinə valiləri təyin etməyi qərara aldıq”. – deyə Türkiyə DİN açıqlamasında bildirib.

Digər yandan HDP partiyası Daxili İşlər Nazirliyinin qərarını kürd xalqının siyasi iradəsinin əleyhinə olduğunu və düşməncə bir davranış olduğunu bildirib. HDP türk hökümətinin xalqın iradəsi və seçkinin aliliyi kimi dəyərləri heçə saydığını bəyan edib. (abzas.net)