XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

19 Avqust 2019 - 21:29

Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyənlər saxlanılıb –İran və Əfqanistan vətəndaşları

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 80 nəfər Əfqanıstan və İran vətəndaşı saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılanların qanunsuz yollarla Yunanıstana keçmək istədikləri məlum olub. Onların ölkəni tərk etmək üçün istifadə etdikləri bir avtobus və iki maşın müsadirə edilib.

Saxlanılanlar arasında qadınlar və uşaqlar da var.

Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər. Onların ölkəyə qanunsuz yollarla daxil olmasına kömək edən üç nəfər saxlanılıb.