Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə Muğlanın Eskihisar məhəlləsindəki Stratonikeia antik kəndini ziyarət edib.
Prezidentlə həyat yoldaşını yerli sakinlər qarşılayıb. Ərdoğan UNESCO-nun mədəni irs siyahısına salınan Stratonekeiada Osmanlı dövrünə aid Şaban Ağa Məscidini ziyarət edib.
Daha sonra isə Əminə Ərdoğanla əl-ələ kəndin tarixi yerlərinə baş çəkib. (Qafqazinfo)