XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

20 Avqust 2019 - 09:50

Bir həftə ərzində 7 nəfər ölüb, 7 mindən çox insan günvurma ilə xəstəxanaya yerləşdirilib –Yaponiyada

Son bir həftə ərzində Yaponiyada isti hava səbəbindən ən azı yeddi nəfər ölüb, 7 mindən çox insan günvurma ilə xəstəxanaya yerləşdirilib. 

Bu barədə çərşənbə axşamı Yaponiyanın Baş Yanğın İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, son yeddi gün ərzində Yaponiyada istidən əziyət çəkərək xəstəxanaya müraciət edənlərin sayı 7,338 nəfərə çatıb.

İsti hava şəraiti davam edir. Bir sıra bölgələrdə havanın temperaturu 35 dərəcədən yüksəkdir.
Aidiyyəti hakimiyyət orqanları əhalini gün əleyhinə vasitələrdən  papaq geyinməyə, daha çox maye içməyə və uzun müddət günəşdə olmamağa çağırıb.

Qeyd edək ki, keçən il Yaponiyada isti hava şəraitinin rekord həddə yüksəlməsi səbəbindən 150-dən çox insan ölüb, on minlərlə xəstəxanalara yerləşdirilib. /APA