XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

20 Avqust 2019 - 11:33

Gulnara Kərimovaya yeni cinayət işi açılıb –Ölkənin maraqlarına böyük məbləğdə ziyan vurmaqda ittiham olunur

Özbəkistanın hakimiyyət orqanları bildirib ki, mərhum prezident Islam Kərimovun böyük qızı Gulnara Kərimovaya qarşı mənimsəmə iddiaları ilə bağlı yeni cinayət işi açılıb.

Özbəkistanın Baş Prokurorluğu avqustun 19-da bildirib ki, hazırda başqa bir cinayət işi ilə bağlı həbsxanada olan Kərimova iki sement zavodunun dövlətə aid səhmlərini qanunsuz almaqda və sonradan əcnəbi biznesmenlərə satmaqda ittiham olunur.

Bəyanatda deyilir ki, Kərimova daha sonra “bu əcnəbi alıcıların qanunsuz fəaliyyətlərini himayə edib və respublikanın maraqlarına xüsusilə böyük məbləğdə ziyan vurub”.

Baş Prokurorluq bildirir ki, Kərimova habelə bir neçə şirkətin rəhbərini “zorakılıqla hədələməkdə” şübhəli bilinir.

Həmin sahibkarlar prezident qızının onları bizneslərini ona satmağa məcbur etdiyini iddia ediblər.

47 yaşlı Gulnara Kərimova mart ayında ev məhbusluğunun qaydalarını pozduğuna görə qapalı koloniyaya köçürülüb.

O 2015-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilımişdi, lakin ev məhbusu kimi saxlanırdı.

Özbəkistan prokurorları bildirirlər ki, onlar Kərimovaya məxsus 1, 5 milyard dollarlıq xarici aktivləri müsadirə etməyə çalışırlar.

Kərimovanın vəkili Qrequar Manja iyun ayında demişdi ki, İsveçrə hökuməti bu işlə bağlı müsadirə edilmiş 555 milyon dolların Özbəksitana qaytarılmasını dayandırıb.

Vəkil bildirirdi, pulun qaytarılmasının təxirə salınması Kərimovaya qarşı pis rəftar və onun hüquqlarının pozulması ilə bağlıdır. Vəkil bunu da deyirdi ki, Kərimovaya zəruri tibbi yardım göstərilmir.

Kərimovanın qızı İman iyun ayında yazırdı ki, anasının cərrahiyyə əməliyyatına ehtiyacı var. (azadliq.org)