XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

20 Avqust 2019 - 16:12

Rusiyanın nüvə monitorinqi stansiyaları niyə susur –Moskva sirli partlayışın miqyasını gizlətməyə çalışır?

Rusiyada donanma sınaq məkanında sirli partlayışdan sonra radiasiya detektorlarında qısamüddətli yüksəliş qeydə alınıb. Ancaq monitorinq stansiyalarının susması Moskvanın partlayışın miqyasını gizlətməyə çalışması sarıdan narahatlığı artırıb.

Partlayışda beş nəfər həlak olmuşdu.

Vyanada mənzillənən Hərtərəfli Nüvə Sınaqlarına Qadağa Sazişi Təşkilatı (CTBTO) bildirir ki, Rusiyadakı beş nüvə monitorinq stansiyasından dördü data ötürülməsini qəribə şəkildə dayandırıb.

CTBTO-nun icraçı katibi Lassina Zerbo Twitter-də yazıb ki, iki stansiyanın operatorları “texniki problemləri” olduğunu bildirib. ​

“Ekspertlərimiz Rusiyadakı əməkdaşlarımızla əlaqə yaratmağa, stansiyaların əməliyyatları mümkün qədər tez bərpa etməyə çalışır”, – CTBTO-nun adı çəkilməyən rəsmisi avqustun 19-da CNN-ə deyib.

Avqustun 8-də Nyonoksa kəndi yaxınlığındakı partlayışdan sonra orada nə baş verdiyi dəqiq açıqlanmayıb. Mülki və hərbi orqanlar itkilər haqda ziddiyyətli informasiya veriblər. Radiasiya yüksəlişinin haradan gəldiyi, təhlükəli olub-olmaması da naməlum qalıb.

Yaxınlıqdakı Severodvinsk limanında stansiyalar radiasiyanın yüksəldiyini qeydı alsalar da, Rusiya rəsmiləri bunun insan səhhətinə təhlükəli olmadığını deyiblər.

Yüzkilometrlərlə şimal-qərbdə, Norveçdə yerləşən monitorlar da partlayışdan sonrakı günlərdə havada radioaktiv yodun səviyyəsində kiçik artım qeydə alıblar. Ancaq bunu Nyonoksadakı partlayışla əlaqələndirməyiblər.

Bəzi təhlilçilərin fikrincə, partlayan rusca “Burevestnik” adlanan nüvə enerjili qanadlı raket ola bilər. Prezident Vladimir Putin ötən il bu raketin hazırlandığını deyirdi.

Avqustun 19-da Fransa Prezidenti Emmanuel Makron ilə görüşən Putin deyib ki, insidentdən dolayı radiasiya səviyyəsinin artması riski yoxdur. O, partlayışda ölən və xəsarət alanların dövlət mükafatı ilə şərəfləndiriləcəciyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə tvitində yazıb ki, partlayan Burevestnik olub, NATO təhlilçiləri onu “Skyfall” kimi tanıyırlar.

Digər təhlilçilər isə raket deyil, raket və komponentləri üçün enerji hasil edən “radioizotop termoelektrik generator”un partlaması versiyasını irəli sürürlər. (azadliq.org)