Misirin paytaxtı Qahirədə partlayış olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 6 nəfərin öldüyü, 10-dan artıq insanın yaralandığı bildrilir.
İlkin ehtimallara görə, terrorçuların hədəfi polis idarəsi olub. Xəsarət alanlar arasında cinayət axtarış şöbəsinin rəisi də var. Partlayışın baş verdiyi Əl-Haram rayonunda bütün yollar qapadılıb, əraziyə polis və təhlükəsizlik qüvvələri cəlb edilib.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.