XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2016 - 05:02

Daha bir ölkə İrana qarşı [color=red]sanksiyaları ləğv etdi

Yaponiya hökuməti Tehranın nüvə proqramı ilə bağlı əldə edilmiş razılaşmadan sonra İrana qarşı sanksiyaları ləğv etmək barədə qərar qəbul edib.

Bu barədə yanvarın 22-də Yaponiyanın Xarici İşlər naziri Fumio Kişida məlumat verib. Həmin ərəfədə yerli kütləvi-informasiya vasitələri Yaponiya hökumətinin sanksiyaların ləğvindən sonra İranla əməkdaşlıq edəcək şirkətlərə dəstək verəcəyi barədə məlumat yaymışdı. Yaponiya İrandan neft almaqda və bu ölkənin böyük bazarına avtomobil ixracında maraqlıdır.

Yanvarın 16-da BMT, ABŞ və Aİ nüvə proqramı ilə əlaqədar İrana qarşı tətbiq etdikləri iqtisadi və maliyyə sanksiyalarını ləğv edib.

Sanksiyaların ləğv edilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramı ilə bağlı 2015-ci il iyulun 14-də əldə edilmiş birgə planla əlaqədar Tehranın üzərinə düşən öhdəlikləri yerinə yetirməsi barədə təsdiqləyici məlumatı da mühüm rol oynayıb(Azərtac).