XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2016 - 05:18

Dünyanın ən varlı [color=red]9 qadını

Dünya milyarderləri deyəndə nədənsə, ilk ağıla gələn kişilər olur. Məsələn, Bil Geyts  və ya Uorren Baffet. Əslində isə başdöndərən sərvətə sahib zənginlər arasında qadınlar da var.

Düzdür, planetin “ən varlıları” siyahısında onlar azlıqdadırlar və 9-un 53-ə “hesabı” ilə xeyli geridə qalırlar. Amma bu “doqquzluq” medianın da, sadə insanların da diqqətini daha çox çəkir. Gəlin, görək bu qadınlar kimlərdir və böyük pullara necə sahib olublar?!

 

Kristi Uolton, 66 yaş – 41,7 milyard

Amerikalı milyarder Kristi Uolton artıq 8 ildir ki, dünyanın ən varlı qadını adını daşıyır. Beynəlxalq “Wal-Mart” şirkətinin qurucusunun oğlu Con Uoltonun xanımı olan Kristinin 66 yaşı var. 2005-ci ildə avtoqəzada dünyasını dəyişən həyat yoldaşından ona 18,2 milyardlıq varidat qalmışdı. Indi isə bu rəqəm 41,7 milyarda yüksəlib. Kristi ilə Con cütlüyünün Lukas adlı bir övladları var. Xanım Uolton xeyriyyəçilik fəaliyyəti ilə tanınır. Özünün “Walton Family Charitable Support Foundation” adlı xeyriyyə fondu da var.

 

Lilian Bettenkurt, 93 yaş – 40,1 milyard

40,1 milyardlıq sərvətə sahib 93 yaşlı Lilian Bettenkurt Fransanın kosmetika imperiyası hesab olunan “L Oreal”ın (1907) yaradıcısı Ecen Şullerin qızıdır. 15 yaşında Lilian atasının şirkətində təcrübə toplamağa başlayır. Sonralar dünyanın ən varlı qadınlarından olan Lilian həmin vaxt şirkətdə şampunların üzərinə etiket yapışdırmaqla məşğul olur. 57-ci ildə atasını itirəndən sonra şirkət və səhmlərin əsas hissəsi Lilianın adına keçir. 2012-ci ilə qədər L.Bettenkurt şirkətin idarəetməsində fəal iştirak edib. Hazırda isə onun Direktorlar Şurasındakı yerini nəvəsi Jan-Viktor Mayers tutur.

 

Elis Uolton, 66 yaş – 39,4 milyard

“Wal-Mart”ın qurucusu Sem Uoltonun qızı Elis planetin ən zəngin 3-cü qadınıdır. S.Uolton sağlığında deyirdi ki, övladları arasında ona ən çox bənzəyən qızı Elisdir. Çünki Elis də onun kimi fərqli və özünəməxsus düşüncələrə sahibdir. 92-ci ildə atasından qalan mirasın bir hissəsini sahiblənən E.Uolton bank sərmayəçiliyi işinə başlayır. Paralel olaraq incəsənətlə də maraqlanır və Arkanzas ştatında “Crystal Bridges Art” muzeyini açır. Elisin milyonlarla dollar dəyəri olan şəxs rəsm kolleksiyası da var. Texasda yaşayan Elisin varidatı 39,4 milyard dollardır.

 

Jaklin Mars, 76 yaş – 26,6 milyard

76 yaşlı Caklin Mars iki qardaşı ilə birgə məşhur “Mars” qənnadı şirkətinin sahibidir. “Uncle Bens”, “Pedigree” və “Whiskas” kimi məşhur brendlər də ona məxsusdur.

“Mars” şirkəti 1911-ci ildə Vaşinqtonda ÎJaklinin babası Frenk Mars tərəfindən qurulub. Atası Forrest Mars ailə biznesinə 1929-cu ildə qoşulub. Elə həmin il “milki-vey” və “snikers” də ortaya çıxıb. Jaklin bu şirkəti qardaşları ilə birgə 99-cu ildə təhvil alıb. Onlar şirkətdə bərabər paya sahibdilər. 26,6 milyardlıq sərvəti olan Jaklin üç uşaq anasıdır və xeyriyyəçiliklə məşğuldur.

 

Mariya Franka Fissolo,  99 yaş – 23,4 milyard

“Ferrero” qənnadı şirkətinin qurucusu Petro Ferreronun oğlu Mikelenin həyat yoldaşı olan Mariya Franka Fissolonun 23,4 milyardlıq varidatı var.

P.Ferrero Ikinci dünya müharibəsi zamanı kakao və fındıq qarışığından pasta hazırlayıb və sonradan bu dad “Nutella” adı altında məşhurlaşıb. 2015-ci ildə dünyasını dəyişən Mikele Ferrero bütün sərvətini xanımı və övladlarına qoyub.

Beate Xayster, 90 yaş – 21,3 milyard

90 yaşlı Beatenin varidatı 21,3 milyard dollardır. O, “Aldi” supermarketlər şəbəkəsinin qurucusu Karl Albrextin qızıdır. Ikindi dünya müharibəsindən sonra ərzaq dükanı açan Albrext sonradan bunu qlobal biznesə çevrib. Indi dünyanın ayrı-ayrı ölkələrindən “Aldi”nin 9600 ticarət nöqətsi var. Xayster özü heç vaxt “Aldi”də işləməyib. Sadəcə şirkətin  Direktorlar Şurasında təmsil olunub.

 

Loren Pauel-Cobs, 52 yaş – 19, 5 milyard

“Apple”ın qurucusu Stiv Cobsun xanımı Loren Pauel 19,5 milyardlıq sərvətin sahibidir. Stiv Cobsun ölümündən sonra “Disney” şirkətinin də səhmlərinin 7,7 faizi ona qalıb.

Stiv kimi Loren də Stenford Universitetinin məzunudur. Cütlük 1991-ci ildə nikaha girib. Bu nikahdan onların 3 uşağı var. Loren bir neçə xeyriyyə qurumunda Direktorlar Şurasının üzvüdür. O, əsasən təhsil, qadın hüquqları və incəsəntlə məşğul olan qadınların dəstəklənməsi layihələri ilə tanınır. L.Cobsun təbii məhsullar istehsal edən “Terravera” adlı şirkəti də var.

 

Anna Koks-Çambers, 96 yaş – 17 milyard

“Cox Enterprises”in qurucusu Ceyms Koksun qızı Anna 17 milyardlıq sərvətin sahibdir. O, kommunikasiya, media və avtobizneslə məşğul olan bu şirkətin Direktorlar Şurasının üzvüdür. A.Koks şirkəti bacısının övladları ilə birgə idarə edir. Iki dəfə ailə quran Anna 3 uşaq anasıdır.

Prezident Cim Karterin dövründə ABŞ-ın Brüsseldəki səfiri olan Anna Koks hazırda Ohayo ştatında yaşayır və aktiv xeyriyyəçiliklə məşğuldur.

Syuzan Klatten, 53 yaş – 16,8 milyard

Almaniyanın ən varlı qadınlarından olan Syuzan sahib olduğu varidata görə BMW şirkətindəki 12 faizlik payına borcludur. Bu pay ona atası Herbert Kuandtdan miras qalıb. Gənclik illərindən zənginliyindən utanan Syuzan insanlarla tanışlığı zamanı soyadının Kant olduğunu deyib.

Indi qardaşı və anası ilə birgə Syuzan BMW səhmlərinin yarısına sahibdir. “Altana AG” əczaçılıq firmasına da rəhbərlik edən Syuzan Hamburqda həyat yoldaşı və 3 uşağı ilə birgə yaşayır.

Azadliq.info