XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2019 - 11:00

Məşhur şahmatçı ABŞ vizası ala bilmir –Səbəb

Rusiyanın şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpov martdan bəri Birləşmiş Ştatlara qeyri-mühacir vizası ala bilmir.

Karpov Nyu Yorkda yay düşərgəsində dərs deməliydi.

Onu dostu, Chess Max Academy-nin sahibi Maksim Dluqi dəvət edib.

Dövrünün ən böyük şahmatçılarından olan 68 yaşlı Karpov 1972-ci ildən bəri bir neçə dəfə Birləşmiş Ştatlarda olub. Həmin il amerikalı Bobbi Fişer şahmat tacını onun əlindən alıb.

“Onu qəfildən Moskvadakı səfirliyə müsahibəyə çağırıblar və soruşublar ki, ‘ABŞ senatorları və konqresmenləri ilə danışmağa gedirsən? Bunu yoxlamalayıq’”, – Dluqi “Reuters”ə deyib.

Karpovun viza müraciətinə hələ də baxıldığı bildirilir. Səfirlikdən bildiriblər ki, “proses tamamlanan kimi” ona məlumat veriləcək.

Dluqi deyib ki, uzun karyerası müddətində Karpov viza almaqda problemlə üzləşməyib və son iki ildə onun akademiyasında gənc şahmatçılara dərs keçib. (azadliq.org)