XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 18:21

Fransada xəstəxanada yanğın:1 ölü

Fransa rəsmilərinin cümə axşamı verdiyi məlumata görə, Parisin yaxınlığında hospital kompleksində baş verən yanğın nəticəsində azı bir nəfər həyatını itirib, səkkiz nəfər yaralanıb.

Kreteydə yerləşən Henri Mondor hospitalında çıxan yanğın çərşənbə gecə başlayıb, cümə axşamı səhər saatlarında isə söndürülüb.

Yanğının səbəbi hələ ki, məlum deyil.

“Henri Mondor hospital kompleksindəki yaşayış binasında baş verən yanğın yanğınsöndürənlərin səyləri nəticəsində söndürülüb”– Parisin ictimai xəstəxanalarının başçısı Martin Hirş Twitter hesabında yazıb.

“Təəssüflə bir nəfərin öldüyünü bildiririk”, o deyib. (amerikaninsesi.org)