XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Avqust 2019 - 09:09

Türkiyə İdlibdəki müşahidə məntəqələrini möhkəmləndirir

Türkiyə Suriyanın şimal-qərbində yerləşən deeskalasiya zonasına əlavə zirehli texnika, hərbçilər və silah göndərib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, göndərilən zirehli texnika və hərbi heyət İdlibdəki müşahidə məntəqələrinin möhkəmləndirilməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Astana razılaşmalarına əsasən deeskalasiya zonasında Türkiyə Silahlı Qüvvələrinin 12 müşahidə məntəqəsi yaradılıb.