XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Avqust 2019 - 09:05

Tramp bu ölkə liderləri ilə görüş keçirəcək –Açıqlama

ABŞ prezidenti Donald Tramp G7 sammiti çərçivəsində Böyük Britaniya, Fransa, Yaponiya, Hindistan, Almaniya və Kanada liderləri ilə görüşəcək.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi jurnalistlər üçün brifinq zamanı deyib.

Nümayəndə bildirib: “Biz gözləyirik ki, o, bir sıra ölkə liderləri ilə, o cümlədən Birləşmiş Krallığın baş naziri B.Conson, Fransa prezidenti E.Makron, Yaponiyanın baş naziri Ş.Abe, Hindistanın baş naziri N.Modi, Almaniyanın kansleri A.Merkel və Kanadanın baş naziri C.Trüdo ilə görüşlər keçirəcək”.