XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

23 Avqust 2019 - 09:49

“Amazoniyadakı meşə yanğınları beynəlxalq böhrandır” –Makron

Amazoniyada 1,8 milyon hektar meşəni məhv edən yanğın beynəlxalq böhrandır.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə öz “Twitter” səhifəsində Fransanın prezidenti Emmanuel Makron yazıb.

E.Makron bildirib: “Bizim evimiz yanır. Hərfi mənada. Bizim planetimizin ciyərləri olan və 20 faiz oksigeni təmin edən Amazoniya yanır. Bu, beynəlxalq böhrandır. “G7″ iştirakçıları, bu fövqəladə vəziyyəti müzakirə etmək üçün iki gündən sonra görüşəcəyik”.