XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

23 Avqust 2019 - 09:57

“Google” 210 kanalı “YouTube”dan silib –Honkonq görüntülərini yaydığına görə

ABŞ-ın “Google” şirkəti “YouTube” videoportalından Honkonqdakı etiraz aksiyalarını görüntüləyən 210 kanalı silib.

Bu barədə şirkətin rəsmi səhifəsində məlumat yer alıb.

“Bu həftə ərzində əlaqələndirilmiş təsir əməliyyatlarının bir hissəsi kimi 210 “YouTube” kanalını ləğv etmişik. Müəyyən olunub ki, onlar Honkonqda davam edən etirazlarla əlaqəli videolar göndərərək şəbəkə daxilində yayırlar”, – “Google” şirkətinin təhlükələrin analizi qrupunun rəhbəri Şeyna Hantli belə deyib.

Onun sözlərinə görə, silinmiş kanalların sahibləri xüsusi üsullardan, eləcə də VPN servislərdən istifadə etməklə öz məkanlarını gizlədirmişlər. (APA)