XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2019 - 12:05

Britaniya sahil mühafizəsi 50 miqrantı xilas edib

Böyük Britaniyanın sərhədçiləri və sahil mühafizəsi xidmətinin əməkdaşları La-Manş boğazında 50 miqrantı xilas ediblər.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, xilas edilən miqrantlar Fransadan Birləşmiş Krallığın ərazisinə keçməyə çalışırmışlar.

Bildirilir ki, miqrantlar Kent və Sasseks qraflıqlarının sahillərində xilas ediliblər. Onların xilas edilməsi üzrə əməliyyata bir neçə gəmi və helikopter cəlb edilib.

Qeyd edək ki, 2019-cu ilin ilk 7 ayı ərzində La-Manş boğazı vasitəsi ilə Böyük Britaniya ərazisinə 1,2 mindən artıq miqrant keçməyə cəhd edib. Onların təxminən 0,4 mini Fransa polisləri tərəfindən saxlanılıb, digərləri isə İngiltərə sahillərinə çata biliblər.