XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2016 - 13:55

“ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər, ancaq…” – [color=red]Kerri yenə eyni şərti irəli sürdü

"ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər".

Bu barədə məlumatı ABŞ Dövlət katibi Con Kerri Davos ümumdünya iqtisadi forumunda verib.

Onun sözlərinə görə, Minsk razılaşmaları yerinə yetirildikdən sonra sanksiya məsələsinə yenidən baxıla və hətta ləğvi məsələsi gündəmə gətirilə bilər.

Xatırladaq ki, ABŞ 2014-cü ilin martında Krımın Rusiyaya birləşdirilməsi və Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya sanksiyalar tətbiq etməyə başlayıb. (aznews.az).

Qeyd edək ki, Kerri bununla ikinci dəfə belə açıqlama verir. Bundan əvvəl də o, eyni tələblə çıxış etmişdi. Lakin Rusiya buna rəsmi reaksiya verməmişdi.