XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

24 Avqust 2019 - 12:01

Donald Tramp:"Sammitin çox məhsuldar olacağını gözləyirəm"

ABŞ Prezidenti Donald Tramp Yeddilər qrupunun (G7) avqustun 24-26-da Fransanın Biarritz şəhərində keçiriləcək sammiti meydanlarında danışıqların çox məhsuldar olacağını gözlədiyini deyib.

Amerika lideri bu barədə Fransaya uçmazdan öncə Ağ evin cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı bildirib.

“Hesab edirəm ki, sammit çox məhsuldar alınacaq”, – deyə Donald Tramp suallara cavab verərkən qeyd edib.

KIV-də yayılan məlumatlara görə, Zirvə görüşünün əsas mövzusu bərabərsizliklə mübarizə olacaq. Sammitdə ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada liderləri təhlükəsizlik, iqlim dəyişikliyi, qadınlara qarşı zorakılıq və cinsi bərabərlik kimi problemləri müzakirə edəcəklər. Dövlət başçılarının, həmçinin Ukrayna, Suriya, İran və Brexit kimi mövzulara toxunacağı gözlənilir.

Zirvə toplantısına BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının nümayəndələri ilə birgə Cənubi Afrika, Burkina Faso, Misir, Seneqal, Ruanda, İspaniya, Çili, Hindistan və Avstraliya liderləri də dəvət edilib(azərtac).