XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

24 Avqust 2019 - 15:21

İran ABŞ rəsmilərinə sanksiya tətbiq edəcək- Ölkə parlamenti layihə hazırlayıb

İran parlamentinin deputatları ABŞ dövlət rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı layihə hazırlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, layihə ABŞ-ın İran rəsmilərinə qarşı sanksiyalarına cavab olaraq hazırlanıb.

Layihəyə İran əleyhinə uzun illər fəaliyyət göstərən bəzi rəsmilərin, o cümlədən ABŞ prezidenti Donald Trampın milli təhlüksizlik məsələləri üzrə müşaviri Con Bolton, ABŞ-ın xəzinədarlıq katibi Steven Mnuçin və Senator Ted Cruzun adları daxil edilib.