XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

24 Avqust 2019 - 20:07

Moskvada məşhur “Pekin” oteli satılır- Hərrac keçiriləcək

Moskvada “Pekin” oteli elektron satışa çıxarılıb. Bununla bağlı açıq hərrac keçiriləcək.

Azərtac “İzvestiya” qəzetinə istinadla bildirir ki, hərraca otelin aksiyaları (100 faiz) çıxarılacaq. Lotun start qiyməti 5,67 milyard rubl dəyərində qiymətləndirilir.

Avqustun 29-u iştirakla bağlı ərizə qəbulunun son müddətidir. Auksion isə sentyabrın 2-də başlayacaq.

Otel memarlıq abidəsi kimi tanınır. Burada qonaqların ixtiyarına 150 nömrə təklif edilir. Mehmanxana kompleksinə üç restoran, damda panorama bar və konfrans zalı daxildir. Onun ərazisində, həmçinin SPA mərkəzi, gözəllik salonu, kafe və mağazalar da yerləşir.