XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

25 Avqust 2019 - 09:00

Suriyada İran obyektlərinə hücum edilib –İsrail hərbçiləri açıqladı

İsrail hərbçiləri İranın hərbi qüvvələrinin Suriyadakı obyektlərinə hücum edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail hərbi təyyarələri Dəməşqdən cənub-şərqdə “bir sıra terrorçu hədəfləri” – İranın “Əl-Kuds” birləşmələrinin və Akraba kəndində şiə dəstələrinin obyektlərini məhv edib. Bildirilir ki, İranın kamikadze PUA-lar vasitəsilə İsrailin şimalında hücum həyata keçirməsinə imkan verilməyib. Bununla yanaşı, onlar İran qüvvələrinin şəxsi tərkibi arasında itkilərin ola biləcəyini qeyd edir.

Bundan əvvəl isə Dəməşq səmasında güclü partlayışlar müşahidə edilib. Suriya hərbçilərinin bildirdiyinə görə, hücumlar İsrail aviasiyası tərəfindən Golan yüksəkliklərindən Dəməşq istiqamətində həyata keçirilib və raketlərin əksəriyyətinin qarşısı hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu da gecə saatlarında həyata keçirilən hərbi əməliyyatı təsdiqləyib və bildirib ki, İranın ölkəyə hücum planının qarşısı alınıb. /APA