Avropa Şurasının prezidenti Rusiyanı yenidən Böyük Yeddiliyə qəbul etməkdənsə, növbəti sammitə Ukrayna prezidentini dəvət etməyi təklif edir.
Donald Tusk bunu avqustun 24-də Böyük Yeddiliyin (G7) zirvə toplantısı çərçivəsində keçirilən brifinqdə deyib.
Reuters agentliyi yazır ki, Tusk Rusiyanın insan haqları sahəsində irəliləyişə nail olmadığını əsas gətirərək Trampın təklifini rədd etdiyini bildirib.
Bir müddət öncə Fransa prezidenti Emmanuel Makron və ABŞ lideri Donald Trampın Rusiyanın 2020-ci ildə Nyu Yorkda keçirləcək G7 sammitinə dəvət olunmasına dair razılıq əldə etdiyi bildirilirdi.
Tusk həmçinin Trampın Fransaya vergi tətbiq edəcəyi hədəsinə də toxunub. O bildirib ki, Fransanın texnologiya şirkətlərinə vergi tətbiq etməsinə görə, ABŞ Fransız şərablarına vergi tətbiq etsə AB buna mütləq cavab verəcək.
“Fransa Avropa Birliyinin həmrəylik göstərəcəyinə güvənə bilər.”
Avqustun 24-də Fransada Böyük yeddiliyin sammiti başlayıb. Sammit iki gün davam edəcək. (azadliq.org)