XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 August 2019 - 10:59

Şimali Koreya nəhəng raket qurğusunun sınağını keçirib –Agentlik

Şimali Koreya bir neçə raketi buraxmağa qadir olan nəhəng buraxıcı qurğunu uğurla sınaqdan keçirdiyini bəyan edib.

Bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Sınaq prosesində Şimali Koreya lideri Kim Çen İn iştirak edib. K. Ç. İn Şimali Koreya alimləri uğurlu fəaliyyətləri münasibəti ilə təbrik edib və düşmən qüvvələr tərəfindən təhlükələrin qarşısının qətiyyətlə alınması üçün hərbi sənaye sahəsində fəaliyyətlərini davam etdirməyə çağırıb.

Qeyd edək ki, dünən  Şimali Koreya Yapon dənizi istiqamətində yaxın mənzilli ballistik raket olduğu ehtimal edilən iki buraxılış həyata keçirib. Raketlər 380 kilometr məsafə qət edib, uçuş hündürlüyü isə maksimal nöqtədə 97 kilometrə çatıb. /APA