Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiyanın dəstərklədiyi separatçıların nəzarətində olan torpaqalar yenidən Kiyev tərəfindən idarə olunacaq. O bunu, Ukraynanın müstəqilliyinin 28-ci il dönümü ilə bağlı keçirilən kütləvi mərasimdə deyib. prezident Rusiyanın Krımı işhaqını “ oğurlanan və yeni doğum şəhadətnaməsi verilən uşaqlar”la müqaisə edib.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edib və ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 minədək adam həlak olub.
Avropa İttifaqı, ABŞ və başqa ölkələr Moskva tərəfindən 2014-cü ildə Ukraynanın Krım yarımadasının qanunsuz ilhaqına, habelə Ukraynanın şərqində separatçı münaqişənin qızışdırılmasına görə Rusiya üzərinə sanksiyalar qoyub. (azadliq.org)