XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

26 Avqust 2019 - 10:06

Quaydo G7 ölkələrinə müraciət edib –Venesuelanın Rusiya və Çinlə böhranının müzakirə edilməsini istəyib

Venesuela müxalifətinin lideri Xuan Quaydo G7 ölkələrinin hakimiyyətlərinə müraciət edərək, ölkəsinin Rusiya, Çin və Kuba ilə yaranmış siyasi böhranını müzakirə etməyi və onların mövqeyinə təsir göstərməyi xahiş edib.

“Dünyanın demokratik ölkələri Nikolas Maduro rejiminə insan hüquqlarının sistematik pozulmalarının ciddi nəticələrə malik olacağını aydın şəkildə çatdırmağa məcburdur”, – deyə müxalifətçi bildirib.

Qeyd edilir ki, Quaydo G7-nin hər ölkəsinin Kuba, Çin və Rusiya səfirləri ilə görüş, onlara oxşar üsulla fikir bildirməyi tələb etmək arzusunu ifadə edib.

Siyasətçi həmçinin G7 ölkələrinin növbəti görüşünün gündəliyinə Venesuela mövzusunu daxil etməyi xahiş edib.

Daha əvvəl məlum olub ki, Venesuela hökuməti ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyalara baxmayaraq müxalifətlə danışıqları dayandırmaq niyyətində deyil. (Report)