XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

26 Avqust 2019 - 10:58

G7 sammitində narazılıq –Fransa ilə ABŞ nümayəndə heyəti arasında fikir ayrılığı yaranıb

G7 sammiti çərçivəsində təşkilatçı ölkə ilə ABŞ-ı təmsil edən nümayəndə heyətinin üzvləri arasında bir sıra məsələlərin müzakirəsi zamanı fikir ayrılıqları olub.

Yaranan fikir ayrılıqları hətta qonaqların narazılığına səbəb olub.

Toplantıda dünya liderləri arasında müzakirə edilən qlobal iqlim dəyişikliyi, Şimali Koreya ilə bağlı siyasət və müvafiq tariflər mövzusunda kəskin mübahisələr yaranıb.

Bu, daha çox Ağ Ev və Fransa rəsmiləri arasında özünü büruzə verib.

Amerikalı nümayəndələrdən biri Fransa tərəfini vəziyyəti qəsdən mürəkkəbləşdirməkdə qınayıb. Qeyd edib ki, tərəflər arasında logistikadan tutmuş təhlükəsizlik məsələlərinə qədər müzakirə edilən məsələlərdə problem yaranıb. (APA)