XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

26 Avqust 2019 - 12:45

Satirik yazara 23 il cəza kəsildi –İranda

İranda satirik yazar 23 il 10 ay azadlıqdan məhrum edilib.

Kiomars Marzban ABŞ ilə əməkdaşlıqda suçlanır. Həmçinin o müqəddəsləri və məmurları təhqir etmə, sistem əleyhinə təbliğatda da ittiham olunur.

Vəkili Məhəmməd Hüseyn Ağası avqustun 24-də AzadlıqRadiosuna deyib ki, Kiomars Marzbanın satirik materiallar yazıb yayımlamaqdan başqa heç bir iş görməyib.

Kiomars Marzbanın 28 yaşı var. O, 2009-cu ildə İranı tərk edib. Lakin səkkiz il sonra ağır xəstə olan nənəsini görmək üçün İrana qayıdıb və həbs olunub.

İran rəsmiləri inkar etsələr də, bu ölkə insan haqlarının ən çox və kobud şəkildə pozulmasına görə tez-tez beynəlxalq təşkilatlar tərəfindən tənqid olunur.