XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

26 Avqust 2019 - 14:26

İran Prezidenti:"Cavad Zərifin Fransa səfərinin nəticələri ilə bağlı müzakirə keçiriləcək"

“Biz cənab Cavad Zəriflə onun Fransa səfərindən öncə və sonra əlaqə saxlamışıq və bu gün müvafiq rəsmilərlə səfərin yekunları ilə bağlı müzakirə keçirəcəyik”.

“Tasnim” agentliyinin verdiyi xəbərə görə, bu sözləri İran İslam Respublikasının Prezidenti Həsən Ruhani deyib.

“Bizi yüz faiz uğura götürən və ya götürməyən bir yoldan keçə bilərik, biz öz işimizi görməliyik. Hətta bizim uğur qazanma ehtimalımız on və ya iyirmi faiz olsa belə, biz fürsətləri itirməməliyik”, – deyə İran Prezidenti bildirib.

Qeyd edək ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dünən G7 sammitinin keçirildiyi Fransanın Biarritz şəhərinə gözlənilməz səfər edib. Səfər çərçivəsində o, Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Adının açıqlanmasını istəməyən fransalı diplomat iranlı nazirlə Fransa Prezidenti arasında müzakirələrin müsbət keçdiyini və bu cür müzakirələrin davam etdiriləcəyini deyib. (APA)