XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

26 Avqust 2019 - 15:27

“İran Xarici İşlər nazirinin Fransada ABŞ Prezidenti ilə görüşmək planı olmayıb” –Əli Rəbbi

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Fransa səfərinin G-7 ölkələrinin sammiti ilə heç bir əlaqəsi yoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın hökumət nümayəndəsi Əli Rəbbi deyib. O bildirib ki, M.C.Zərifin ABŞ hakimiyyətinin nümayəndələri ilə görüşmək planı və arzusu olmayıb. Nazir Fransaya bu ölkənin Prezidenti Emmanuel Makronun dəvəti ilə gedib. Bəzi KİV-lərin M.C.Zərifin ABŞ Prezidenti ilə görüşmək istəməsi, lakin Prezident Donald Trampın görüşdən imtina etməsi haqqında yaydığı xəbərlər həqiqəti əks etdirmir.

Xatırladaq ki, ötən həftə Avropa ölkələrinə səfər edən İranın xarici işlər naziri G-7 qrupuna daxil olan ölkələrin dövlət başçılarının sammitinin başlandığı gün Parisdə olub. O, hazırda Çində səfərdədir.