XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

26 Avqust 2019 - 17:39

“Putinlə görüşdən müsbət nəticələrlə qayıdacağıma ümid edirəm” –Ərdoğan

“Suriyada Bəşər Əsəd rejimi hər gün məsum qanı tökür. Qüdsdə, Fələstində zülmlər var. Balkanlardan Qarabağa qədər uzanan qətliamları da unutmadıq”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin qeyd olunması mərasimində bildirib. Prezident deyib ki, heç bir iqtisadı maraq Türkiyəni haqqı söyləməkdən və haqqın yanında olmaqdan çəkindirə bilməz: “Malazgirt zəfərini belə təntənəylə qeyd ediriksə, əleyhimizə olan layihələr demək ki, çöküb. Biz “İnsanı yaşat ki, dövlət yaşasın” deyiminə uyğun hərəkət edirik. Əcdadlarımızın əsrlər boyunca hüzurla, ədalətlə idarə etdiyi coğrafiyalar bu gün zülm və səfalət içində qıvranır. Min illərdir qanımızla, canımızla özümüzə vətən seçdiyimiz bu torpaqlar inşallah, yenidən yüksəlişimizə şahidlik edəcək. İqradan Suriyaya, Şərqi Aralıq dənizindən digər bölgələrə uzanan mücadilələrimizi zəfərlə şərəfləndirəcəyik. Bizə “Türkiyənin Orta Şərqdə nə işi var?” deyənlərə açıb tarixi yaxşı-yaxşı oxumalarını tövsiyə edirəm. Biz Adana müqaviləsinin tələbləri nədir, onu yerinə yetirəcəyik”.

Türkiyə prezidenti deyib ki, Türkiyə quru qoşunları yaxın zamanlarda Fərat çayının cənubuna daxil olacaq.

R. T. Ərdoğan Rusiyaya prezidenti Vladimir Putinlə sabah Moskvada İdlib mövzusundakı görüşündən müsbət nəticələrlə geri qayıdacağına ümid etdiyini də vurğulayıb. (APA)