XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

26 Avqust 2019 - 21:14

Fransa ilə ABŞ rəqəmli vergilərə dair ilkin razılıq əldə edib –KİV

Fransa ilə ABŞ arasında Biarris şəhərində keçirilən G-7 sammiti çərçivəsində rəqəmli xidmətlər göstərən 7 ən iri şirkətin vergiyə cəlb olunmasına dair ilkin razılıq əldə edilib.

Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno le Mer, ABŞ maliyyə katibi Steven Mnuçin və ABŞ Milli İqtisadi Şurasının direktoru Larri Kudlou arasında əldə edilmiş razılaşmaya əsasən, Fransa bu ölkədəki mövcud vergi ilə 2020-ci ildə İqtisai Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən qəbul ediləcəyini gözlədikləri vergi mexanizmi arasındakı fərqi sözügedən şirkətlərə ödəməlidir.

Fransada milli rəqəmli verginin tətbiqi Avropa Komissiyası tərəfindən təklif olunmuş vergi layihəsinin Avropa İttifaqı İqtisadiyyat və Maliyyə Şurası tərəfindən qəbul edilməsindən sonra baş tutub. Fransa prezidenti Emmanuel Makron da həmin verginin beynəlxalq miqyasda məsələnin həlli tapılanadək atılan müvəqqəti addım olduğunu dəfələrlə vurğulamışdı.

İyulun 11-də Fransa Senatında rəqəmli xidmətlər göstərən ən iri şirkətlərin vergiyə tutulmasına dair qəbul etdiyi qanun bu il yanvarın 1-dən sonra internet nəhəngləri tərəfindən əldə edilmiş və ölkədəki ticarət dövriyyəsinin 3 faizi məbləğində olan mənfəətə şamil olunur. Məsələn, yeni qanun dünyadakı dövriyyəsi 750 milyon avrodan, Fransadakı dövriyyəsi 25 milyon avrodan artıq olan, internetdəki reklam, alış-veriş, həmçinin informasiya aqreqatorluğu sahələrində fəaliyyət göstərən şirkətləri əhatə edir.

ABŞ prezidenti Donald Tramp cavab olaraq Fransa şərablarına gömrük rüsumları tətbiq edə biləcəklərini bildirmişdi. (Report)