XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

26 Avqust 2019 - 21:58

Tramp Putini G7-nin ABŞ sammitinə dəvət edə bilər –"Mən onu mütləq dəvət edərdim"

Prezident Donald Tramp avqustun 26-da israr edib ki, o G7 qrupunun sammiti Birləşmiş Ştatlarda keçiriləndə Rusiya prezidenti Vladimir Putini ora dəvət edəcək.

Rusiya G8 qrupundan 2014-cü ildə Krımı ilhaq etdikdən sonra çıxarılıb və o vaxtdan bu təşkilat G7 adlanır.

Tramp G7-nin Fransada keçirilən sammitinin sonunda təşkil olunmuş mətbuat konfransında deyib:

“Mən onu mütləq dəvət edərdim. Mən onun gəlib-gəlməyəcəyini bilmirəm. Bu psixoloji baxımdan çətin məsələdir. O qürurlu insandır”.

Trampın Biarritz şəhərində dedikləri onun Rusiyanın G7-yə qaytarılmasını istədiyinə dair bir həftə ərzində verdiyi ikinci bəyanatdır. Tramp avqustun 21-də Ağ Evdə jurnalistlərə demişdi:

“Mən bu addımı dəstəkləyə bilərdim. Rusiyanın bu qrupda olması daha məqsədəuyğundur. Bu qrup G8 olmalıdır, çünkli bizim burada danışdığımız bir çox məsələlər Rusiya ilə bağlıdır”.

Tramp deyib ki, “əgər kimsə belə təşəbbüs qaldırsa, mən əminliklə buna müsbət reaksiya verərdim.”.

Rusiya G8 qrupundan Moskva Krımı ilhaq edəndən və Ukraynanın şərqində separatçı münaqişəni qızışdırandan xaric edilib.

Bundan başqa Rusiya prezidenti ölkəsinin daxilində və xaricində opponentlərinin qətllərinə əmr verməkdə günahlandırılır. (azadliq.org)