Braziliyanın ifrat sağçı populist prezidenti Jair Bolsonaru G7 ölkələrinin Amazon tropik meşələrindəki yanğının söndürüməsində onun ölkəsinə kömək təklifini rədd edib.
O Twitter-də yazdığı postda G7 liderlərinin təşəbbüsünü Braziliyanın suvernliyinə qəsd kimi dəyərləndirib.
Onun yazdığına görə bu o deməkdir ki, “Braziliya ilə müstəmləkə və ya sahibsiz ərazi kimi rəftar ediləcək”.
Amma tənqidçilər Bolsonarunu Amazon meşələrinin məhvinə “yaşıl işıq” yandırmaqda ittiham ediblər.