XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

26 Avqust 2019 - 23:17

Navalnının nümayəndəsinin namizədliyi bərpa olunub –Məhkəmə qərarı

Sankt Peterburq şəhər məhkəməsi rayon məhkəməsinin qərarını ləğv edərək müxalifət lideri Aleksey Navalnının yerli qərargahının başçısı Aleksandr Şurşevin şəhər duması seçkisində namizədliyini bərpa edib.

Bu barədə məlumatı Sankt Peterburq məhkəmələrinin vahid mətbuat xidməti yayıb.

Şurşevin namizədliyini bir neçə başqa müxalifət nümayəndələri ilə birlikdə avqustun 15-də ləğv etmişdilər.

Müxalifətçilərin seçkidən çıxarılması barədə məhkəmə iddiasını hakim Vahid Rusiya partiyasının deputatı İvan Bandurin vermişdi.

Onun iddia ərazəsində deyilirdi ki, müxalifət nümayəndələri lazımi sənədləri iyunun 30-dək deyil, bir gün sonra təqdim ediblər.

Vahid Rusiya nümayəndələri deyirdilər ki, seçki komissiyası müxalifət nümayəndələrinin namizədliyini qeydə almaqla, vətəndaşların hüquq bərabərliyi prinsipini pozub.

Sankt Peterburq bələdiyyəsinə seçkilər Moksvada olduğu kimi sentyabrın 8-də keçiriləcək.

Bu seçki zamanı şəhərin qubernatoru da seçilməlidir.

Moskvada etiraz aksiyaları iyulun əvvəllərindən davam edir. Bu Moskva seçki komissiyasının müxalifət nümayəndələrinin namizədliyini qeydiyyata almaqdan imtina etməsi ilə bağlıdır.

İyulun 27-də və avqustun 3-də müxalifətin Moskvanın mərkəzində keçirdiyi aksiyalar polis və Rosqvardiya tərəfindən sərtliklə dağıdılıb.

27 iyul aksiyasından sonra 1300, avqustun 3-də sə 1001 etirazçı saxlanmışdı.

Bu da xəbər verilir ki, polis və Rusiya Qvardiyası aksiyaçıları saxlayarkən qəddarlıqla hərəkət edib və saxlananlara fiziki güc tətbiq olunub.

Bundan başqa qeydiyyatından imtina edilmiş namizədlərə qarşı cinayət işləri qaldırılıb.

İlya Yaşın, Dmitri Qudkov, Yuliya Qalyamina, Konstantin Yankauskas da daxil bir çox namizədlər həbsdə bir aydan çox saxlanıb. (azadliq.org)