XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

27 Avqust 2019 - 09:00

Con Bolton Belarusa səfər edəcək –Vaxt açıqlanmır

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bu həftə ərzində Belarusa səfər edəcək.

Bu barədə “Foreign Policy” jurnalı özəl mənbəyə istinadən məlumat yayıb.

Səfərın detalları haqqında ətraflı məlumat verilməyib. Nəşr diqqətə çatdırır ki, Bolton əsrin əvvəlindən bəri Belarusa səfər etmiş ən yüksək vəzifəli ABŞ hökuməti nümayəndəsi olacaq.

O da qeyd olunur ki, gələn həftə Belarusa ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heylin səfəri də planlaşdırılır. Səfər çərçivəsində o, ABŞ-ın bu ölkədə diplomatik iştirakının genişləndirilməsini, həmçinin səfir müəyyən olunmasını müzakirə edəcək. /APA