XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 11:27

“Gələn aydan Ukrayna ilə bağlı danışıqlar başlayacaq” –Makron

Fransa prezidenti Emmanuel Makron deyib ki, Rusiya, Ukrayna, Almaniya və Fransa liderləri Ukrayna münaqişəsinə son qoyulması məqsədilə gələn ay danışıqlara başlayacaqlar.

Makron G7-nin sammitində deyib ki, “hazırda faydalı sammitin keçirilməsi üçün şərait var”.

Makron bildirib ki, Normand formatı kimi tanınan dördtərəfli danışıqlar sentyabrda keçiriləcək.

Fransa prezidenti bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Rusiya prezidenti Vladimir Putini G7 sammitindən bir həftə əvvəl ölkəsinə dəvət edib.

Makron Putinlə görüşündən sonra deyib ki, Ukraynada sülhə nail olunması üçün “real imkan” var.

Zelenski Putinlə şəxsən görüşmək təşəbbüsü irəli sürüb.

Moskva müzakirələrin bərpa edilməsində maraqlı olduğunu deyib.

Censor.net saytının məlumatına görə ölkənin şərqindəki münaqişədə təkcə iyul ayında 66 Ukrayna əsgəri həlak olub.

Bu arada ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton Kiyevə səfərə hazırlaşdığını bildirib.

Eyni zamanda prezident Zelenski Vaşinqton səfərinə hazırlaşır. (azadliq.org)