XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 11:36

Rusiya ABŞ senatoruna viza vermir –Səbəb

Rusiya ABŞ-ın Viskonsin ştatından Senator Ron Consona səyahət vizası verməyib.

Senatorun ofisinin avqustun 26-da yaydığı açıqlamaya görə, o, Rusiyaya Konqresin nümayəndə heyətinin tərkibində getməliydi.

Conson Senatın Xarici əlaqələr komitəsinin Avropa və regional təhlükəsizlik əməkdaşlığı alt-komitəsinin sədridir. O, Rusiyanın hökumət rəsmiləri, Amerika şirkətləri, vətəndaş cəmiyyəti qurumları ilə görüşməyi planlaşdırırdı.
Açıqlamada səfərin nə vaxta planlaşdırıldığı, nümayəndə heyətinin digər üzvlərinin müraciətlərinə necə cavab verildiyi bildirilmir.

Conson əvvəllər Rusiya haqda deyirdi ki, ölkə Prezident Vladimir Putinin rəhbərliyi altında “qaranlıq dönəm”ə girib.

“Azad və ədalətli seçki keçirmək, hüququn aliliyinə hörmətlə yanaşmaq, Rusiya iqtisadiyyatını Qərb demokratiyalarına inteqrasiya etmək əvəzinə Putin Gürcüstanı işğal edib, Krımı qanunsuz ilhaq etməyə cəhd göstərib, Ukraynanın şərqində minlərlə adamın ölümünə səbəb olmuş müharibə aparıb”, – Conson söyləyib.

Moskva Ukraynanın şərqindəki müharibədə əli olmadığını deyir. 2014-cü ilin aprelindən bu münaqişədə 13 mindən çox adam ölüb.

Conson “Rusiyanın Ukraynaya təcavüzü və dissidentləri hədəfə alması üçün məsuliyyətə cəlb etməkdən ötrü” bir neçə qanunvericilik aktını da dəstəkləyib. O, Rusiyanın “Şimal axını 2” layihəsinə sanksiyalara tərəfdar çıxıb. (azadliq.org)