XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 22:25

Rusiya Şimal Buzlu okeanda 5 ada tapıb

Rusiyanın donanma tədqiqat qrupu Şimal Buzlu okeanın Kara dənizindəki Frans İosif arxipelaqında beş ada kəşf etdiyini bəyan edib.

Avqustun 27-də RIA Novosti Rusiya Şimal Donanmasına istinadən yazır ki, adaların ölçüsü 900 və 54 min kvadratmetr arasındadır.

Adaların Vilki buzluğunun yaxınlığındakı Severnı adasının həndəvərində aşkar olunduğu bildirilir.

Agentlik xəbər verir ki, bu adaları ilk dəfə üç il əvvəl peyk fotoşəkillərində aşkar etmişdilər.

Adaların mövcud olduğunu təsdiqləmək üçün ekspedisiya avqustun 15-dən başlanıb və sentyabrın sonlarınadək davam edəcəyi gözlənilir.

Rusiya ərazisi olan Frans İosif arxipelaqının 192 adasında yalnız hərbi hissələr yerləşir.

Son illərdə temperaturun qalxması ilə bağlı Arktika regionu xüsusi əhəmiyyət kəsb etməyə başlayıb.

Buzluqların açılması təbii qaz və mineralların çıxarılması üçün imkanlar açıb.

Rusiya son illərdə Arktika regionunda hərbi mövcudiyyətini gücləndirib. Moskva Şimal Donanmasını modernləşdirib və Sovet İttifaqının çökməsi zamanı atılmış hərbi bazalara yenidən qayıdıb.

Rusiya prezidenti Vladimir Putin 2017-ci ilin martında Arktikaya səfər edib və hökumətə burada geniş infrastruktur layihələri hazırlamaq göstərişi verib.

Birləşmiş Ştatlar, Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç də bu regionda fəallıqlarını artırıblar. (azadliq.org)