XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

28 Avqust 2019 - 09:40

Braziliya prezidenti:"Fransa ilə dialoqa hazırıq"

Braziliya Prezidenti G7 liderlərinə Amazonda baş verən yanğınları müzakirə etdikləri üçün təşəkkür edib.

Bu barədə Braziliya Prezidenti Jair Bolsonaru çərşənbə axşamı “Facebook” üzərindən hökumət üzvləri və bölgə qubernatorları ilə keçirdiyi iclasda deyib.

Jair Bolsonaru Fransa ilə bu mövzuda dialoqun əleyhinə olmadığını açıqlayıb.

Lakin ötən gün G7 liderləri ilə görüşdə Fransa Prezidenti Makronun Amazonda meşə yanğınlarının söndürülməsinə köməkliyinin göstərilməsi məsələsini gündəmə gətirməsi Braziliya hökuməti tərəfindən birmənalı qarşılanmamışdı.

G7 ölkələri Amazon meşələrindəki yanğınları söndürmək üçün 20 milyon avro dəyərində yardım ayırmağı nəzərdə tutub.

Qeyd edək ki, ötən həftə Braziliya prezidenti sözügedən ərazidə meşələrinin söndürülməsi haqqında sərəncam imzalayıb.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, tam nəzarət altında həyata keçirilən yanğınsöndürmə tədbirlərinə 43 mindən çox hərbi qulluqçu cəlb edilib.

Braziliya Milli Kosmik Tədqiqat İnstitutunun açıqlamasında isə bildirilib ki, bu ilin yanvar-avqust aylarında yanğınlar Amazon meşələrinin 1,8 milyon hektardan çox ərazisini məhv edib. /APA