XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

28 Avqust 2019 - 13:01

Dünyanın ən kiçik ada dövlətində prezident seçkiləri keçirilib- Nəticələr açıqlandı

Dünyanın ən kiçik ada dövləti olan Nauruda prezident seçkiləri keçirilib.

İnsan hüquqları üzrə keçmiş vəkil Lionel Aingimea seçkilərdə qalib gəlib. Parlamentdə təmsil olunan 19 deputatdan 12-si onun lehinə səs verib. L.Aingimea üç il dövlət başçısı vəzifəsini icra edəcək. Bu seçkilərdə onun əsas rəqibi keçmiş maliyyə və ədliyyə naziri David Adeang idi. Son 6 ildə Nauruda dövlət başçısı vəzifəsini Baron Vaqa icra edirdi.

Qeyd edək ki, 12 kvadratkilometr ərazisi, 14 minə yaxın əhalisi olan Nauru Vatikan və Monakodan sonra dünyanın ən kiçik üçüncü ölkəsidir(azərtac).