Tramp adminstrasiyası Rusiyanın G7-yə qaytarılması istiqamətində çalışacaq.
APA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo “Fox59” telekanalına müsahibəsində deyib.
Jurnalistin “Moskva G7-yə bərpa olunmalıdırmı” sualına, M.Pompeo “ABŞ Prezidenti Donald Tramp da bizim bunu etməli olduğumuzu düşünür. Əlbəttə ki, biz bu istiqamətdə çalışacağıq”, – deyə cavab verib.